​Bank hesablarını öyrənmək üçün ŞAHZADƏLƏRƏ İŞGƏNCƏ VERİLİR

Səudiyyə Ərəbistanında həbs olunan şəxslərə təhlükəsizlik orqanları işçiləri tərəfindən işgəncə verilib.
Bu barədə “Middle East Eye” saytı Səudiyyə Ərəbistanından olan rəsmilərə istinadən informasiya yayıb.
Məlumata görə, əslində həbs dalğası zamanı saxlanılanların sayı qat-qat çox olub. Mətbuata onlardan yalnız bir qismi barədə məlumat verilib. Bank hesabları barədə məlumatları əldə etmək üçün işgəncə edilən məmurlardan bəzilərinin xəstəxanalara yerləşdirildikləri bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında rüşvət və korrupsiya istintaqı çərçivəsində 208 nəfərin saxlanıldığı açıqlanıb./axar/