​Hələ bilmirsiniz: ABŞ-ın yeni sanksiyaları çox ağırdır - KUDRİN

Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib.
 “3-4 gün əvvəl ABŞ-ın dərc olunan yeni sanksiyalar siyahısını dəyərləndirə bilmirik. Bu, tamamilə yeni sanksiyalardır və daha sərtdir. İndi dünyanın istənilən şirkəti sanksiyalar siyahısında rus şirkətləri ilə çalışmaq istəsə, qara siyahıya düşəcək. Onlar digər ölkələrin şirkətlərinə qarşı təhdid yaradıblar. Bu sanksiya daha bahalı valyutalarla əməliyyatlarda böyük risklər yaradır. Bu Rusiyanı məcbur edir ki, ticarətdə baha başa gəlsə də, rubldan istifadə etsin”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə Rusiyanın 33 hərbi şirkətini və xüsusi xidmət orqanlarını sanksiyalar siyahısına əlavə edəcəyini açıqlayıb./axar.az/