Kataloniya ispan kralını “PERSONA NON QRATA” ELAN ETDI
25-10-2017 15:28

Kataloniya muxtar vilayətinə daxil olan Jirona şəhər şurası İspaniya kralı VI Filipi “persona non – qrata” elan edib.
İspaniya hökuməti oktyabrın 21-də keçirilən təcili toplantıda Kataloniya hökumətini istefaya göndərmək və altı ay ərzində növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.
Qərarı İspaniya senatı da təsdiqləməlidir. İclas oktyabrın 27-nə nəzərdə tutulub.
Özünü müstəqil elan edən Kataloniyanın lideri Karlos Puçdemon isə bu qərarı Kataloniya üçün təhqir və demokratiyaya hücum adlandırıb.