Ərdoğanın rəqibinin PARTİYASININ ADI BƏLLİ OLDU – SİYAHIDA KİMLƏR VAR...

Maral Akşənərin qurduğu partiyanın adı məlum oldu. Qurulacaq yeni partiyanın adı “Yaxşı Partiya” olacaq.
 
Partiyanın adı üçün qısaltma sözdən istifadə olunmayacaq, Partiyanın loqosunda sadəcə “Yaxşı Partiya” ifadəsi yer alacaq. Akşənərin şüarı isə belədir: “Türkiyə yaxşı olacaq”.
Digər tərəfdən, Partiyanın qeydiyyatı üçün ərizə təqdim etməyə gedəcək olan heyətdə Maral Akşənərin də yer alacağı öyrənilib.
 
PARTİYADA KİMLƏR VAR?
 
Nəcməddin Ərbakana ən sadiq şəxslərdən olan keçmiş Rifah Partiyalı və AK Partiyadan da Şişli Bələdiyyə namizədi olan Ruzi Başəyməz “milli görüş” xəttindən gələn adların başında yer aldı. Keçmiş baş nazir Bülənd Ecevitin yanında illərlə siyasət aparan, bir vaxt mədəniyyət naziri olan Suat Çağlayan, 20 və 21-ci hökümətlərdə DSP-dən Dövlət Naziri vəzifəsini tutan Aydın Tümən və diqqət çəkən digər adlar yeni partiyaya qoşulublar.

Müxalifət.az