İsrail tankları Qəzzaya hücum etdi
9-10-2017 09:48

İsrail ordusu blokada altında saxladığı Qəzza şəhərinə tanklarla hücum edib.
Tanklar Qəzza şəhərinin cənubunda Həmasa aid bir hərbi bazanı vurub.
İsrailin tank hücumları təşkil etməsinə səbəb kimi Qəzza istiqamətindən İsrailin Aşkelon şəhəri yaxınlığına raket atılmasına qarşılıq verilməsi olub.
İsrailin hücumlara səbəb olaraq göstərdiyi raket hücumunun məsuliyyətini isə fələstinli qruplardan heç biri öz üzərinə götürməyib.
Qeyd edək ki, İsrail ordusu 2 milyona yaxın fələstinlinin yaşadığı Qəzzanı Həmasın 2006-cı ildəki seçkilərdə qalib gəlməsindən bu yana blokada altında saxlayır.