37 yaşlı kişi dəm qazından ÖLDÜ – LƏNKƏRANDA

Lənkəranda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.
 
Hadisə Qurumba kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Kərim Miriyev hamamda çimərkən ölüb. Hadisəyə dəm qazının səbəb olduğu bildirilir. Onun meyiti Lənkəran morquna aparılıb. 
 Fakt araşdırılır.