100 min rus əsgəri Belarusda – ABŞ narahatdır
3-08-2017 11:17

Rusiya Belarusda 100 min əsgərlə hərbi təlim keçirəcək.
Hərbi təlimlərin bir neçə ay davam edəcəyi bildirilib.
Hərbi təlimlərə “Qərb” (“Zapad”) adı verilib.
ABŞ hərbçiləri Rusiyanın bundan Polşa, Litva və Latviya ilə həmsərhəd olan Belarusdakı hərbi gücünü artırmaq üçün bəhanə olaraq istifadə etdiyini vurğulayıb./axar.az