Bakıda "Jeep" piyadanı VURUB - Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində "Jeep" markalı, 99 FO 004 dövlət nömrə nişanlı avtomobil orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 Hazırda ölən şəxsin kimliyi araşdırılır.
 Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.