Dövlət çevrilişinə cəhdin acı nəticəsi – 90 ŞƏHİD, 1154 YARALI
16-07-2016 11:59

Türkiyədə 90 nəfər şəhid oldu, 1154 nəfər yaralandı, 1563 nəfər tutulduHurriyyet.org “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, silahlı terror təşkilatı “FETÖ”-nün hücumu nəticəsində Türkiyədə baş verən hadisələrdə ümumilikdə 90 nəfərin şəhid olduğu, 1154 nəfərin isə yarlandığı bildirilir.
“Anadolu agentliyi” onu da bildirir ki, Türkiyədə dövlət çevrilişinin 200 nəfərdən artıq iştirakçısı hakimiyyətə təslim olub. Onların hamısı Türkiyə SQ Baş Qərargahının binasında olublar.
Beləliklə, hərbi çevrilişə cəhdə görə həbs edilənlərin sayı 1563 nəfərə çatıb.