Rusiya Fuad Abbasovla hesablaşmanı bitirmir – “MİSRA TV” “xarici agent” oldu
30-01-2026 20:50
Baxış sayı:
157

Rusiya Ədliyyə Nazirliyi “xarici agentlər” siyahısını yeniləyib.
Muxalifet.az musavat.com-a istinadla xəbər verir ki, siyahıya azərbaycanlı bloger Fuad Abbasova məxsus “MISRA / MİSRA TV” media layihəsi də daxil edilib.
Nazirliyin açıqlamasında bildirilir ki, layihə Rusiya qanunvericiliyinə əsasən “xarici agent” kimi qeydiyyata alınıb. Qərar Moskvanın tənqidi mövqeyi ilə seçilən media resurslarına qarşı apardığı sərt siyasətin növbəti addımı kimi dəyərləndirilir.
Xatırladaq ki, Fuad Abbasov bir neçə il əvvəl Rusiyadan deportasiya edilib və ona 50 il müddətinə ölkəyə giriş qadağası qoyulub. Buna baxmayaraq, onun media fəaliyyəti və ictimai çıxışları Rusiya hakimiyyətinin diqqət mərkəzində qalmaqda davam edir.




















