NƏSİMİNİN İCRA BAŞÇISI İŞDƏN ÇIXARILDI - Ötən ay təyin edilmişdi / Yenilənib

Baxış sayı:
148

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

Muxalifet.az "Unikal"a istinadla xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.

Onun şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

Qeyd edək ki, bir neçə gün əvvəl onun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.

***

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

43 yaşlı E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.

Xatırladaq ki, E.İbrahimo 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub,. Prezidentin digər sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu gün həmin vəzifədən də azad edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir.

Evlidir, 3 övladı var.