Bəylər Əyyubovun general qardaşı oğlu vəzifəsindən azad edildi – FOTO

Baxış sayı:
268

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general–polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.