Nəcməddin Sadıkov Türkiyədə DİNDİRİLİB - İDDİA

Baxış sayı:
721

Azərbaycan Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıkovun 2020-ci ildə, 44 günlük Vətən müharibəsi ərəfəsində Türkiyədə dindirildiyi bildirilir.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Raqib Soylu çıxış edib.
Soylu məşhur “Middle East Eye” portalında dərc olunan “Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi?” məqaləsində qeyd edib ki, Türkiyə rəsmiləri Azərbaycan ordusunda rusiyayönlü ünsürlərin üzə çıxarılması və zərərsizləşdirilməsində iştirak ediblər.
“Belə şəxslərdən biri o vaxt Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov idi. O, prorusiya meyllərinə malik olmaqda şübhəli bilinirdi.
Məsələ ilə tanış olan bir mənbə “Middle East Eye”a bildirib ki, türk rəsmiləri onun müharibə zamanı vəzifədən uzaqlaşdırılmasını təşkil ediblər, onu dindirilmək üçün Türkiyəyə gətiriblər və sonradan Rusiyaya qayıtmasına icazə veriblər”, - məqalədə qeyd olunur.