Tehran yeni savaş hazırlığında...

Baxış sayı:
395

"The Telegraph": “İsrailin bir neçə hərbi bazası İran raketləri ilə hədəfə alınıb”
İran raketləri 12 günlük müharibə zamanı İsrailin beş hərbi obyektini birbaşa vurub, ancaq İsrail ordusu bunu ictimaiyyətə açıqlamayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, İranın 6 raketi strateji hava bazası, kəşfiyyat məlumat toplama mərkəzi və logistika bazası da daxil olmaqla, İsrailin şimal, cənub və mərkəzində yerləşən beş hərbi bazasına zərbə endirib.
Qeyd edilib ki, ölkə daxilində yaşayış obyektlərinə ciddi ziyan dəyməsinə baxmayaraq, müharibədə yalnız 28 israilli öldürülüb, bu, İsrailin erkən xəbərdarlıq sisteminin effektivliyini, sığınacaqlardan və təhlükəsiz otaqlardan düzgün istifadəsini əks etdirir.