​SƏNƏ YENİDƏN SARILMAQ... İSTƏYİRƏM

Sənsizliyin acısı yamandı! AĞA, sənə çox ehtiyacım var!
 
Aşiqəm, dilim ağlar,
Sızıldar, simim ağlar.
Sən öldün, mən ağladım,
Mən ölsəm, kimim ağlar?!
 
Ağlaram, ağlar kimi,
Dərdim var, dağlar kimi.
Xəzəl ollam, tökülləm,
Viranə bağlar kimi.
 
Ötən il sentyabrın 11-dən bəri yaşadıqlarımı, keçirdiyim hissləri sözlə ifadə etməkdə acizəm. Həmin tarixdən sonra çəkdiyim acılar məni ölənə qədər yandıracaq. Belə ki, ağamın sağalmaz xəstəliyə yoluxması belimi, dizimi qırdı. Gözlərim qaraldı. Dəhşətli fikir burulğanında beynim dumanlandı...
...Və 7 aylıq mübarizədən sonra ağam amansız xərçəng xəstəliyinə məğlub oldu...
Ömrümün ən qəmli səhifəsini yaşadım. Həyatda ən çox sevdiyim insanı - atamı itirdim. Həyat adlı cəllad yollarımızı ayırdı. İndi onunla bağlı xatırələrimlə baş-başa qalmışam...
Atamla bağlı xatirələrim mənə çox əzizdir. Həyatda bəzi hadisələri yaşamağa ehtiyac yoxdur. Elə şeylər var ki, onlar nəsildən-nəsilə, şüuraltı olaraq keçir, gələcək nəslinin həyatına təsir edir. Atamın taleyi mənim yaşamadığım hekayəmdir...
Bu otaqlar, sənin izini, nəfəsini hiss etdiyim evin hər bir küncü mənə eyni anda artıq yoxlugunu xatırladır. Bu gün sənə necə ehtiyac duydugumu hiss edirəm. Düşüürəm, bu gün olsaydın, necə olardı həyatım və o an içimdə sənə olan möhtaclıgı hiss edirəm. Mənə elə lazımsan ki, birdən sənə yenidən sarılmaq, səni qucaqlamaq istəyirəm. Uşaq ikən etdiyim hər bir şeyi yenidən yaşamaq istəyirəm. Səninlə keçirdiyim bütün günləri geriyə istəyirəm. AĞA, nədən başlayım, nədə bitirim, bilmirəm. Sənin yoxluğunu qəbul edə bilmirəm. Necə anladım içimdəki bu boşlugu, bu agrını?! Sən yoxsan və bu gerçəkdən başqa hər şey yalandır. Səninlə addımlamaga başladıgım bu həyat yolunu sənsiz addımlamaqdayam, düşüncələrimi hərəkətlərimi, etdiyim hər şeyi, səhvlərimi şəkilinə danışıram. Aglayıram. Varılgın təsəllim idi, tək sıgınacagım sən idin. Çünki sən vardın, nə etsəm, məni qoruyacagına əmin idim...
Niyə belə oldu? “Sənsiz yaşaya bilmərəm” deyirdim, amma yaşayıram… Bunu necə bacardıgımı bilmirəm, AĞA! Öhdəmə buraxdıgın məsuliyyətləri dərk etməyə çalışıram. Axı mən güclü olmalıyam. Sən belə istədin: “ağlama, qəddini dik tut, kimin atası əbədi yanında qalır ki?!” dedin. Mənə baxan o nəmli gozlərin heç vaxt çıxmaz xatirəmdən…
Hər ötən gün daha çox uzaqlaşdırır səni məndən. Aprelin 24-dəki 40 mərasiminə nə qaldı ki?! Sənsizliyin acısı yamandı! AĞA, sənə çox ehtiyacım var! İnşallah, görüşərik…
 
Miraslan ƏZİZXANOĞLU