Azərbaycanda daha164 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ
9-02-2021 19:17
Baxış sayı:
1393
![](https://muxalifet.az/sites/good.localhost/files/styles/xeber/public/nk_34.jpeg?itok=RMwN5yfc)
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 231 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 678 nəfər müalicə olunaraq sağalıb, 3 163 nəfər vəfat edib. Hazırda 2 521 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 960, bu günə qədər isə ümumilikdə 2 463 610 test icra olunub