Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov
27-09-2020 12:57
Baxış sayı:
1111

Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var. Eyni zamanda, düşmənin döyüş texnikası və zenit-artilleriya kompleksləri məhv edilib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov mətbuata açıqlamasında deyib.
A.Eyvazov bildirib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir. Qələbə bizimlədir.