Gürcüstanda zəlzələ oldu
13-11-2019 10:37
Baxış sayı:
12676
Gürcüstanda 3,1 bal gücündə zəlzələ baş verib. Muxalifet.az bildirir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:18-də qeydə alınıb. Zəlzələnin episentri Ninotsminda rayonunun Satxe kəndi yaxınlığında olub.