Mettis istefaya gedə bilər - Tramp açıqladı
14-10-2018 22:31
Baxış sayı:
979

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.
Muxalifet.az-ın məlumatına görə, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.
"Lakin ola bilsin, istefaya getsin", - deyə Tramp bildirib.