Maradona İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Baxış sayı:
8842

Futbol əfsanəsi Dieqo Maradona İspaniya milli komandasının baş məşqçisi təyin oluna bilər.
İspaniya Futbol Federasiyasının prezidentliyinə namizəd olan Antonio Torres argentinalını yığmada görmək istəyir.
Futbol funksioneri quruma rəhbər seçiləcəyi halda hazırda “Ximnasiya Esqrima” klubunu çalışdıran Maradonanı milliyə gətirəcəyini açıqlayıb. O, hətta cənubi amerikalının nümayəndələri ilə razılıq da əldə etdiyini bildirib. Torres prezident seçilsə, Maradona ilə iki illik müqavilə bağlanacaq və qarşısına DÇ-2022-nin finalına çıxmaq vəzifəsi qoyulacaq. Torresin də iddia etdiyi prezident postuna digər namizəd Luis Rubilyasdır.
Qeyd edək ki, hazırda İspaniya millisini Luis Enrike çalışdırır./Apasport.az