"KXDR-in ABŞ-a zərbəsi irimiqyaslı hərbi əməliyyatlara gətirəcək" - MÜDAFİƏ NAZİRİ

Ceyms Mettis: Əgər onlar ABŞ-a zərbə endirsələr, bu, tezliklə həri əməliyyatlara gətirib çıxaracaq
 
ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, Şimali Koreyanın Birləşmiş Ştatların ərazisinə raket zərbəsi endirməsi irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.
Bu barədə "Reuters" xəbər verib.
"Əgər onlar ABŞ-a zərbə endirsələr, bu, tezliklə həri əməliyyatlara gətirib çıxaracaq", – deyə Pentaqon rəhbəri bildirib. Mettisin sözlərinə görə, əgər Şimali Koreyanın raket zərbəsi Quam adasına endirilsə, Vaşinqton onun hərəkət istiqamətini ani olaraq müəyyənləşdirəcək.
Bundan əvvəl isə Avstraliyanın baş naziri Malkolm Ternbul bildirib ki, KXDR ABŞ-a hücum etsə, Kanberra Vaşinqtona Pxenyanın zərbəsini dəf etməyə kömək edəcək.
Xatırladaq ki, avqustun 10-da KXDR hərbçiləri bu ayın ortalarında ABŞ-ın hərbi bazasının olduğu Quam adasına raket zərbəsi planını hazırlamaq niyyətində olduqlarını bildiriblər./report