«İtaliyanın «Türk axını»na qoşulması imkanları var» – Putin

Baxış sayı:
2128

«AzPoliika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Moskva və Roma İtaliyanın «Türk axını» qaz kəmərinə qoşulması variantlarını mzakirə edirlər. Bu barədə RF-nın Prezidenti Vladimir Putin İtaliyanın Baş naziri Cüzeppe Konte ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

Xəbəri «TASS» agentliyi yayıb.

«Biz, bütün imkanları öyrənirik… və İtaliyanın «Türk axını»na Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan üzərindən qoşulmasını da…» – Putin qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda digər istiqamət üzrə – gələcəkdə «Şimal axını-2» qaz kəməri ilə alınacaq qaz həcmlərinin artırılması variantı da müzakirə mövzusudur.