İstanbulda GÜCLÜ YANĞIN: 3 fabrik kül oldu - QORXUNC GÖRÜNTÜLƏR - VİDEO
25-10-2018 11:03
Baxış sayı:
2350

Yanğın plastik və ağac məmulatları fabriki ilə yanaşı, tikiş və alüminium fabriklərini də külə döndərib. Hazırda yanğının nəzarət altına alındığı bildirilir. İstanbul valiliyi yanğında ölən və yaralananların olmadığını açıqlayıb.
***
İstanbulda Esenyurt rayonunda plastik və ağac məmulatlar fabrikində yanğın başlayıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Gücül külək səbəbindən yanğın ətrfdakı obyektlərə də yayılıb. Yanğın daha 2 fabriki də bürüyüb.
İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan olmayıb.