İrəvanın meri Moskvaya qaçdı
20-10-2018 17:01
Baxış sayı:
6442

İrəvanın keçmiş meri Taron Markaryan Ermənistanı tərk edib.
Bu məlumatı “Qraparak” qəzeti yayıb.
Bildirilib ki, Markaryan ailəsi ilə birgə Moskvaya köçüb. Onun övladlarının Moskvanın müxtəlif təhsil müəssisələrində təhsil aldığı vurğulanıb.
Qeyd edək ki, Markaryan bundan öncə Ermənistanın yeni hökumətinin təzyiqləri ilə istefaya gedib.