İngiltərədən “Qaşıqçı” açıqlaması: Buna inanmadıq!

Baxış sayı:
3211

İngiltərənin xarici işlər naziri Ceremi Hunt, Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçı-nın qalmaqal zamanı öldüyü istiqamətindəki iddiasının inandırıcı olmadığını deyib.
 
İngiliz parlamentində Qaşıqçı-nın öldürülməsi ilə bağlı keçirilən xüsusi iclasda Hunt, Səudiyyəli jurnalistin öldürülməsini ən güclü şəkildə pislədiklərini bildirərək, “İşlə bağlı hər kəsdən hesab sorulmalıdır” deyib.
Hunt, “Qaşıqçı, yaxın münasibətdə olduğumuz bir hökumətin casusları tərəfindən öldürülüb. Bir dava-dalaş zamanı öldürüldüyü iddiası inandırıcı bir açıqlama deyil" deyə söyləyib.
“İngiltərənin atacağı addımlar, Səudiyyə rəsmilərinin verəcəyi yekun açıqlamanın inandırıcılığı və belə bir şeyin bir daha təkrarlanmayacağına güvənməsindən asılı olacaqdır" deyən Hunt, sözlərini belə davam etdirib:
 
BU SUALLAR CAVAB GÖZLƏYİR
 
“Səudiyyə Ərəbistanından İstanbula 15 Səudiyyə casusunun yollanması əmrini kim verib? Ər-Riyad rəhbərliyi Qaşıqçı-nın öldüyünü ilk olaraq nə zaman öyrəndi? Arışdırmaçıların konsulluğa girişi niyə gecikdirilib? Qaşıqçı-nın cəsədinə nə oldu? Səudiyyə Ərəbistanı Qaşıqçının öldüyünü açıqlamaq üçün niyə 17 gün gözlədi?”
Hunt, İngiltərə ilə Səudiyyə Ərəbistanı arasında ticarət və müdafiə sahəsində güclü əlaqələr olduğunu qeyd edərək, “Bu səbəblə İngiltərə məsələyə yanaşarkən ehtiyatlı olacaq. Ancaq oxuduğumuz müdhiş xəbərlər doğru çıxarsa, bu dəyərlərimizə kökündən zidd olacaq, biz də buna görə hərəkət edəcəyik.” Deyə bildirib.
 
MÜXALİFƏTDƏN VARİS ŞAHZADƏYƏ TƏPKİ
 
Ana müxalifətdəki Fəhlə Partiyasının kölgə xarici işlər naziri Emily Thornberry isə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı cinayətdən məsul tutub.
“Bu cinayətin ən pis tərəfi odur ki, reallaşmasına heç birimiz təəccüblənmədik" deyən Thornberry, Məhəmməd bin Salman əvvəl Yəmən siyasətinin memarı olaraq, sonra vəliəhd olması ilə ölkədəki ölümlərin sayını iki dəfə artıraraq, Livan baş nazirini qaçırıb, istefaya zorlayaraq və qadın aktivistləri həbs edib, saçlarını keçəl qırxacağı ilə təhdid etməklə bu gün baş verənlərin işarəsini verdiyini söyləyib.
Thornberry, “Bütün bunlar, hüququn aliliyinə, beynəlxalq sərhədlərə hörməti və müxalifətə dözümlülüyü olmayan bir adamı göstərir. Bütün bunlar, Camal Qaşıqçı-nın sonunu hazırladı. Hökumət vəliəhd şahzadənin həqiqətdə kim olduğunu dərk etməlidir" deyə söyləyib.
Vəliəhd şahzadə müttəfiqlərini axmaq yerinə qoyur. Yalanlarına inanılacağını fərz edir. Bu dəfə belə olmamalıdır" deyən Thornberry, İngilis hökumətini Səudiyyə rəsmiləri haqqında Magnitsky sanksiyalarını tətbiq etməyə və bu ölkəyə silah satışını dayandırmağa çağırıb.
Müxalifət.az