İcra başçısının sabiq köməkçisi həbs olundu - DƏLƏDUZLUQ EDİB

Baxış sayı:
594

Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd etməklə vətəndaşa qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Muxalifet.az “Qaynarinfo”-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Aqşin adlı həmin şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Aqşin tanışlarından birindən 10 500 manat alaraq onu Elm və Təhsil Nazirliyində mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edib. Lakin vədini yerinə yetirməyib.

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Aqşin saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunub. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aqşin məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkənin ona hansı əsasla inanmasına gəlincə, Aqşin bildirib ki, o, əvvəllər Yasamal Rayon İcra Hakimiyyətində icra başçısının köməkçisi vəzifəsində işləyib. Zərərçəkən də bunu bildiyindən onun geniş əlaqələri olduğuna inanıb. Aqşin həmin vəzifədə nə zaman işlədiyini açıqlamayıb.