Həbib Nurməhəmmədova AÇIR İTKİ - Koronavirusa yoluxan atası öldü

Baxış sayı:
9439

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib.

TASS xəbər verir ki, bu barədə Çeçenistan başçısı Ramzan Kadırov “Telegram” kanalında məlumat yayıb.

“Dostlar, Abdulmanap Nurməhəmmədovun vəfat etməsi ilə bağlı kədərli xəbər almışam. Bütün çeçen xalqı adından Abdulmanap Nurməhəmmədovun ailəsinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm! O, özündən sonra yaxşı ad və layiqli nəsil yetişdirərək bizi tərk etdi”, – R.Kadırov yazdığı statusda qeyd edib./oxu.az

Muxalifet.az xəbər verir ki, Abdulmanap Nurməhəmmədov bir müddət əvvəl koronavirusa yoluxmuşdu.