Hacıbala Abutalıbovun səhhətində problem yarandı – ALMANİYAYA APARILDI
6-11-2021 14:19
Baxış sayı:
1200

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.
H.Abutalıbov Almaniyada müalicə olunmaq üçün getdiyini təsdiqləyib: “Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacam”.