Gürcüstanda geylər haqda film etirazlara səbəb oldu - VİDEO

Baxış sayı:
171

Tbilisinin mərkəzində “Amirani” kinoteatrının qarşısında İsveç-Gürcüstan istehsalı olan “Daha sonra biz rəqs etdik” filmi əleyhinə etiraz aksiyası keçirilir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, yüzlərlə insan iki kişinin qeyri-ənənəvi seksual oriyentasiyası haqda olan ekran işinə qarşı çıxır. Mitinqçilər arasında dindarlar da var. Onlar milli şüarlar səsləndirirlər. “Gürcüstan marşı” milli hərəkatının lideri Sandro Berqadzenin sözlərinə görə, aksiyaçılar filmin heyətinə qarşı yox, oradakı hadisələrə qarşı etiraz edirlər: “Biz dünyada kişilik simvolu olan gürcü kişisinin homoseksual kimi təqdim olunmasını istəmirik”.

Aksiyaçılardan bir neçəsi üzərində “LQBT-yə yox” yazılmış bayraqları yandırıblar.

Polis mitinqçilərin kinoteatrın binasına daxil olmasının qarşısını almaq üçün canlı sədd yaradıb.

“Qafqazinfo” xatırladır ki, Levan Akinin çəkdiyi “Daha sonra biz rəqs etdik” filmi Meraba və İrakli adlı iki kişinin sevgisindən bəhs edir.