ERMƏNİLƏR DÖYÜŞDƏN İMTİNA EDİR - Hərbi müqaviləlilər və polis əməkdaşları da savaşa girmək istəmir
28-10-2020 09:32
Baxış sayı:
1436

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir.
Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.