Dünyanın gözlədiyi 4-lü sammit bu gün İstanbulda

Türkiyənin ev sahibliyində Suriya mövzusunda dördlü zirvə, Almaniya, Fransa və Rusiyanın iştirakı ilə bu gün İstanbulda keçiriləcək. Almaniyanın baş naziri Angela Merkel, Fransanın prezidenti Emmanuel Makron, Rusiyanın prezidenti Vladimir Putinlə bərabər, BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Staffan de Mistura da zirvədə yer alacaq. Dördlü sammitdə əsas müzakirə, İdlibdəki atəşkəsin möhkəmləndirilməsi və Suriya böhranına siyasi həll üçün birgə səylər olacaq. Bölgədəki irəliləyişlər, Soçi anlaşmasından sonra İdlibdəki vəziyyətlə yanaşı, Astana və Cenevrə platformalarında davam etdirilən siyasi həll prosesi müzakirə ediləcək.
BİRGƏ BƏYANAT VERİLƏCƏK
Dörd ölkənin, Suriya böhranın uzunmüddətli həlli üçün birgə səylərin uyğunlaşdırılması məqsədi güdülür. Toplantının sonunda dörd ölkənin birgə bəyanat qəbul etməsi gözlənilir. Alman və Fransız rəsmilərinin bəyanatlarında, Rusiyaya mövqeyini açıq şəkildə ortaya qoyma və Əsəd rejiminin müttəfiqi olaraq məsuliyyət götürməsi çağırışı edilir. Rusiya isə İstanbul sammitindən dönüş nöqtəsi xüsusiyyətində qərar çıxmayacağına işarə edərək, sammitin dörd ölkə arasında əməkdaşlıq sahələri ilə bağlı fikir mübadiləsi aparmaq üçün önəmli bir platforma olacağına diqqəti çəkir.
Müxalifət.az