​DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 7 ölü, 24 yaralı (VİDEO)

Baxış sayı:
11044

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraş əyalətinin Göksun rayonunda qeydə alınıb.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. Yaralılar Kahramanmaraşdakı xəstəxanalara yerləşdiriliblər.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə ilə bağlı araşdırma aparılır.