​Bu işdə səudiyyəlilərin əli varsa... - Tramp

Baxış sayı:
2164

Jurnalist Camal Qaşıqçının itkin düşməsində Səudiyyə Ərəbistanının əli varsa, çox ağır cəzalar tətbiq edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Qeyd edək ki, ABŞ prezidenti daha öncə Camal Qaşıqçı ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar fəaliyyət göstərəcəklərini söyləmişdi.
Müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb. C.Qaşıqçının öldürüldüyü ehtimal edilir.