BŞİH-dən xəbərdarlıq: Maşınları ağacların altında saxlamayın
25-10-2018 23:36
Baxış sayı:
2827

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib.
Muxalifet.az BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov trend -ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar:
"Bu isə küləkli havada çox təhlükəlidir. Qurum sürücülərdən xahiş edir ki, avtomobillərini ağacların altında park etməsinlər".
Qeyd edək ki, ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın aşması və budaqlarının sınması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar ərazidən götürülüb.