Balina ölən balasını 17 gün belində gəzdirdi

Baxış sayı:
5119

Kanada açıqlarında bir balinanın, ölən balasını digər balinalara görə 10 gün daha çox belində daşıyaraq rekorda imza atdığı güman edilir.
 
Balina Araşdırma Mərkəzindən (CWR) elm adamları, Vankuverın Haro Boğazı açıqlarına ölü balasını 17 gün belində daşıyan qatil balinanın 1600 kilometr yol keçdiyini bildirib.
Qatil balinaların adətən ölən balalarını bir həftəyə qədər kürəklərində daşıyaraq "yas tutduqlarının" güman edildiyini ifadə edən tədqiqatçılar, balasını 17 gün saxladıqdan sonra sulara buraxan balinanın rekord qırdığını güman edildiyini bildirib. Araşdırma mərkəzində işləyən elm adamları, "Qatil balina doğuş etdikdən sonra balina sürüsü ilə birlikdə Haro Boğazında bir Samon balıq sürüsünü dalınca qaçdı, balinanın iztirabı artıq bitdi" deyib.
Balina Araşdırma Mərkəzindəki tədqiqatçılar, bütün dünyanın böyük marağını çəkən qatil balinanın 2 gün ərzində ölü körpəsini dünyaya gətirməyə çalışdığı, hazırda balinanın vəziyyətinin yaxşı olduğunu deyib. Tədqiqatçılar, ölü balanın Canada və ABŞ arasında okean dibinə getdiyi üçün tədqiqatçıların ekspertiza apara bilmədiklərinı qeyd edib.
Qeyd edək ki, qatil balina, ölü körpəsi ilk dəfə Vankuver açıqlarında 24 iyulda görülmüşdü. Balanın o gün öldüyü güman edilir. Balina balasının ölüm səbəbi bilinmir.
Müxalifət.az