Bakıda evlərdən 100 mindən çox pul oğurlayan dəstə ələ keçdi - DETALLAR

Baxış sayı:
13750

Bakıda yaşayış evlərindən külli miqdarda pul oğurlayan dəstə üzvləri yaxalanıb.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulan İ.Salayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurladığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev saxlanılıb.
İ.Salayevin və A.Balayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqları da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam edir.