Bakıda 7-ci sinifdə oxuyan QIZ QƏFİL ÖLDÜ - FOTOLAR

Baxış sayı:
511

Bakıda məktəbli qız müəmmalı şəkildə vəfat edib.
Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin 7 d sinif şagirdi Cəlilova Nuriyyə İlham qızının yaşadığı mənzildə meyiti tapılıb. Onun hansı səbəbdən vəfat etdiyi bəlli olmayıb.
71 saylı məktəbdə şagirdin ölümü ilə bağlı tədbir keçirilib. Məktəbin yaydığı məlumatda deyilir: Məktəbimizin mehriban, sevimli şagirdlərindən biri Nuriyyə Cəlilova vaxtsız dünyasını dəyişib. Nuriyyə sinfin ən nümunəvi, eyni zamanda ən savadlı şagirdlərindən biri idi. O həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi…
Məktəb rəhbərliyi, müəllim kollektivi, məktəbin şagirdləri, sinif yoldaşları Nuriyyə Cəlilovayla vidalaşdılar.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bütün məktəb kollektivi adından Nuriyyənin valideynlərinə səbir diləyirik”.//Publika.az