​Azərbaycanın KTMT-yə üzv olması mümkündür? - Nazir cavab verdi

Baxış sayı:
3997

“Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür”.
Bunu “Ria Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyünə münasibət bildirərkən deyib. 
“Rəsmi Bakı Azərbaycana qarşı hərbi təcavüz siyasətini həyata keçirməyə davam edən, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edən və həmin yerlərdə azərbaycanlılara qarşı qanlı etnik təmizlənmə həyata keçirən Ermənistan istisna olmaqla KTMT-ya üzv olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabər əməkdaşlıq əlaqələrini inkişaf etdirir”.