AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTDI - Son sutka ərzində daha 5 nəfər öldü

Baxış sayı:
1075

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib. Hazırda 2 960 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928, bu günə qədər isə ümumilikdə 2 618 808 test icra olunub.