Avropa İttifaqı Azərbaycana 15 milyard dollar sərmayə yatırıb - SON BİR NEÇƏ İLDƏ...

Baxış sayı:
3520

Avropa İttifaqı (Aİ) ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yatırıb.

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 15-də Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Aİ hələ də Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəmizin 50%-ə yaxını onun payına düşür. Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoymuşdur. Azərbaycanda fəaliyyət göstərən AB mənşəli 1500-dən çox şirkət var. Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan son tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir", - deyə nazir bildirib.

Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.