Avropa çempionatı: Azərbaycan Ermənistan və Fransa ilə qarşılaşacaq

Baxış sayı:
9455

Oktyabrın 31-də Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının yeddinci turunun oyunları başa çatıb. Virtualaz.org bildirir ki, kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəlib. Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb. Aktivində 10 xal olan qadın komandamız liderlər qrupunda mövqeyini qoruyub saxlayıb (3-cü yer). Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar. Bu arada Avropa Komanda çempionatında 8-ci turun cütləri məlum olub. Azərbaycanın kişilərdən ibarət komandası Ermənistanla oynayacaq. Bizim kimi, ermənilərin də 9 xalı var. Rusiya 12 xalla liderdir. Azərbaycanın medallar uğrunda mübarizə aparan qadınlardan ibarət komandası isə son turda Fransa ilə oynayacaq. Fransız qadınların 9 xalı var, 6-cı pilləni tuturlar. 8-ci tur sabah saat 15: 00-da başlayacaq. Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb. Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.