​Arda Turan və Berkay Şahin hakim qarşısına çıxacaq

Baxış sayı:
11119

Bir neçə gün əvvəl gecə klubunda dalaşan Arda Turan və Berkay Şahinin məhkəmə prosesinin vaxtı məlum olub.
Muxalifet.az xəbər verir ki, tərəflər prosesə vəkilləri ilə qatılacaqlar. Eyni zamanda Ardanın Özləm Ada Şahinə zorakılıq etdiyini gördüyünü deyən şəxs də şahid olaraq dindiriləcək.
Məlum olub ki, ilk məhkəmə prosesi 2019-cu ilin 30 yanvar tarixinə təyin edilib. Tərəflər bu tarixdə məhkəmədə üz-üzə gələcəklər.