Amerikada beyinyeyən amöbə yeni yoluxma halı qeydə alınıb

Baxış sayı:
458

Amerikanın Florida ştatının Səhiyyə Nazirliyinin məlumatında  Hilsbro rayonunun bir sakininin “Neqleriya foulera” (Naegleria fowleri) amöbünə yoluxduğu bildirilir. Bu birhüceyrəli amöb burundan düşərək insanın beynini yeməyə başlayır və meninqensifalit xəstəliyi yaradır. Alimlər hələ ona qarşı üffüktli müalicə üsulu tapmayıblar. Mütəxəssislər “Neqleriya foulera” amöbünə yoluxan adamların 3 faizinin sağ qaldırqlarını bildirirlər. “Neqleriya foulera” amöbü isti (xüsusilə də 25-30 dərəcəli) və çirkli, şirinsulu hövzələrdə, göllərdə, çaylarda, nohurlarda yaşayır.

Nazirliyin mütəxəssisləri insanların burnunun su ilə təmasda olmasından qorunmağı tövsiyə edirlər. Çünki amöb beynə məhz burundan daxil olur. Bunun üçün suda üzərkən üzgüçülərin istifadə elədiyi xüsusi burun tutacaqlarını vurmaq lazımdır. Xəstəlik insandan insana keçmir.

Ümimilikdə ABŞ tibb tarixində 143 amöbə yoluxma halı qeydə alınıb və bu xəstələrdən cəmi dörd nəfər sağ qalıb.

Təbiətdəki qlobal istiləşmə beyinyeyən amöbün sayının artmasına daha münbit şərait yaradır. 2018-ci ildə ABŞ-da Fabrisio Stabile adlı sörfinq ustası da beyinyeyən amöbün qurbanına çevrilərək ölmüşdü.

Hurriyyet.org