​Almaniya məcburiyyət qarşısında qaldı: ehtiyat neftə əl atır

Baxış sayı:
5269

Almaniya ölkənin bir qisminin yanacaq tələbatını qarşılamaq üçün strateji neft ehtiyatından istifadə etmək məcburiyyətində qalıb.
Muxalifet.az xəbər verir ki, Almaniya mətbuatı yay aylarının isti və quraq keçdiyi üçün suyun səviyyəsinin aşağı düşdüyünü, buna görə də neft tankerlərinin Ren şəhərindən keçə bilmədiyini yazıb.
Səlahiyyətli şəxslər neft ehtiyatından 84 min ton benzin, 180 min ton dizel və 67 min ton nöyüt istifadə ediləcəyini və bu vəziyyətin uzun müddət davam etməyəcəyini bildirib.
Qeyd edək ki, Almaniyada 24 miylon ton xam neft və neft ehtiyatları var.