​ABŞ yeni raketini Sakit okeanda sınaqdan keçirdi

Baxış sayı:
4402

ABŞ Hərbi Dəniz Qüvvələri Sakit okeanda hava hücumunda müdafiə sistemlərinə aid olan yeni SM-3 Block IIA raketlərini uğurla sınaqdan keçiriblər.
Muxalifet.az xəbər verir ki, ABŞ HDQ-nin keçirdiyi sınaqda Aegis raket hücumundan müdafiə sistemi ilə təchiz edilmiş Con Fin esminetsi iştirak edib. Yeni raketlər Havay adalarından buraxılan ballistik raketin uğurla məhv edə bilib.
Mətbuat artıq yeni raketin bəzi özəllikləri haqqında da məlumat yayıb. Belə ki, bu raketlərin yalançı hədəfləri müəyyən edən sensorlarla təchiz edildiyi bildirilib.