ABŞ tikan üstündə! Ağ Evdə bomba təşvişi

Baxış sayı:
2476

 ABŞ ard-arda gələn xəbərlərlə sarsılıb. Bill və Hillari Klinton cütlüyünün evinə göndərilən bir paketdə partlayıcı qurğu tapılıb. Sonra ABŞ-ın digər keçmiş prezidenti Barak Obamanın da evinə bombalı paket göndərildiyi qeyd olunub. Sonra isə Ağ Evə yeridilməyə çalışılan bombalı paketin yaxalandığı bildirilib.
 
Paketin içərisinə yerləşdirilən bombanın, ötən bazar ertəsi günü Amerikalı milyarder sərmayəçi Corc Sorosa göndərilən bomba ilə oxşar xüsusiyyətlər daşıdığı qeyd olunub.
ABŞ-ın gizli xidməti MKİ, əvvəlki prezident Barak Obamanın Vaşinqtondakı evinə də bombalı paket göndərildiyini bildirib.
 
TRAMPDAN AÇIQLAMA
 
Hadisədən sonra ABŞ prezidenti Donald Trump bir açıqlama verib və Ağ Evin bu iki hadisəni də ciddi şəkildə ələ aldığını bildirib.
CNN İnternational telekanalı, Ağ Evə göndərilən bombalı paketin əngəlləndiyini iddia edib.
CNN əməkdaşı Erik Levenson, Nyu-Yorkdakı CNN binasının da boşaldıldığını bildirib. Levenson, hadisə yerinə çox sayda polisin gəldiyini yazıb.
 Nyu-Yorkdakı “Time Warner Center”-in da şübhəli bir paketə görə, boşaldıldığı qeyd olunub. Əkiz göydələnlərdən ibarət “Time Warner Center”, 230 metr hündürlüyündə və 55 mərtəbədən ibarətdir.
Müxalifət.az