​ABŞ səfiri: "Ermənistanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”

Baxış sayı:
10462

Tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bunu EVN Report-a müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.
Səfir qeyd edib ki, erməni xalqı hansı nizama salınmaya hazır olduğunu müəyyən etməlidir.
"Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan "ərazilər statusa əvəz olaraq " düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır", - Riçard Millz qeyd edib.
O deyib ki, 2016-cı ilin aprel müharibəsinin bu yanaşmanı kəskinləşdirdiyini anlayır. "Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”, - deyə səlahiyyət müddəti başa çatan ABŞ səfiri vurğulayıb.