ABŞ Qaşıqçı cinayətinin səs qeydləri ilə bağlı iddianı təkzib etdi

Baxış sayı:
4921

ABŞ-ın ABC televiziyasının bir Türk rəsmisinə əsaslandırdığı xəbərində, çərşənbə günü Ankaradakı təmasları zamanı, Səudiyyəli itkin düşən jurnalist Camal Qaşıqçı-nın öldürüldüyünə dair səs qeydlərinin ABŞ xarici işlər naziri Mayk Pompeo-ya Türk səlahiyyətliləri tərəfindən dinlənildiyi və səs qeydlərinin deşifrəsinin ona verildiyi irəli sürülüb.
 
Boğularaq "öldürülüb" iddiası
 
ABC-nin xəbərində, Qaşıqçı-nın Səudiyyənin Baş Konsulluğunda "8 dəqiqə müddətində boğularaq öldürüldüyü" iddia edilib.
 
ABŞ XİN sözçüsü iddiaları təkzib etdi
 
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert isə məsələ ilə bağlı verdiyi açıqlamada iddiaları rədd edib. Nayert, "Nazir Pompeo, Qaşıqçı-nın ortadan qeyb olmasına dair nə bir səs yazısına qulaq asıb, nə də səs qeydiyyatının deşifrə olunmasını görüb" deyə iddianı təkzib edib.
Müxalifət.az