ABŞ prezidenti öz səhifəsində “Kanal 13”-ün videosunu paylaşdı – FOTO/VİDEO

Baxış sayı:
829

ABŞ prezidenti Donald Tramp özünün “TRUTH” sosial şəbəkə hesabında Azərbaycanın ən çox baxılan və dünya səviyyəsində izlənilən yeganə ingilisdilli “Yotube” internet telekanalı olan “Kanal 13”-ün videosunu paylaşıb.

Muxalifet.az xəbər verir ki, sözügedən material son günlər İranda baş verən etiraz aksiyaları ilə bağlıdır.

“Kanal 13”-ün məlum videosunu öz səhifəsində paylaşan D.Tramp, bununla İranda baş verən hadisələrin onun diqqət mərkəzində olduğunu göstərməklə yanaşı, çox güman ki, milyonlarla izləyicisinin və ümumilikdə Amerika xalqının diqqətini də bu ölkədə baş verən hadisələrə yönəltməyə çalışıb.

Məlumat üçün bildirək ki, “Kanal 13”-ün videosunun sərlövhəsi “Milyondan çox insan mitinq keçirdi: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarəti altındadır, rejim qüvvələri oradan çıxır(Over million people rally: Iran’s 2nd largest city under protesters’ control, regime forces leave)”, - kimi qeyd olunub.

Xatırladaq ki, “Kanal 13” internet telekanalının izləyicisi hazırda 1,9 milyon nəfərə yaxındır. Bu kanal dünya səviyyəsində ən çox izlənilən media subyektlərindən biridir.

Muxalifet.az