"TÜRKİYƏYƏ YÖNƏLİK DƏHŞƏTLİ İŞĞAL PLANI" - Gündəmi sarsıdacaq açıqlama

Baxış sayı:
12409

ANKASAM Strateji Araşdırmalar Mərkəzinin baş müşaviri professor Sencer İmer Türkiyəyə yönəlik bir işğalın hədəfləndiyini açıqlayıb.
 
Türkiyə və ABŞ arasında S-400 mübahisə yaşanarkən professor Sencer İmerdən gündəmə bomba kimi düşəcək açıqlama verilib. İmer Türkiyənin bir işğalla üz-üzə olduğunu söyləyib.
Sencer İmer bir Youtube kanalına verdiyi reportajda, "Ətrafımızda yaşanan bütün gəlişmələr Türkiyəyə yönəlik bir əsgəri əməliyyata işarə edir" deyib. Sosial mediada verdiyi reportajda, əhəmiyyətli məqamlara toxunan Sencer İmer, Türkiyənin bir təhlükəsizlik təhdidi altında olduğunu deyib.
Türkiyədə bir 28 fevral çevrilişi olduqdan sonra ABŞ-da bir təlim təşkil edildiyini söyləyən İmer, Nevada çölündə edilən təlimdə Türkiyənin təsvir edildiyini və 24 iyulda, yəni Lozan Müqaviləsinin ildönümü olduğuna diqqət çəkib.
İmer "Digər yandan general Stavridisin başçısı olduğu bir institut bir dəniz təlimi ssenarisi yazır. Türk donanması ani bir basqınla Yunan və Amerikan (müttəfiq) donanması tərəfindən məhv edilir. Bu təbii ki, Türkiyənin dənizdə qorumasız qalması mənasını verir. Kipr adasının da beləcə mühasirəyə alınaraq asanlıqla oradakı əldə edilmiş olan Türk soydaşlarımızın haqlarının əllərindən alınması mənasını verir" deyib və belə davam edib:
 
PKK və İŞİD terror təşkilatlarının artan fəaliyyətləri
 
İndi bütün bunları bir araya qoyduğumuz zaman qeyri ixtiyari olaraq Türkiyənin çox ciddi bir təhdid altında olduğunu düşünürəm. Təbii bunlara iqtisadi şərtləri də əlavə edirik. Valyuta kursunun sürətlə dəyər qazanması, Türk lirəsinin dəyər itirməsi, inflyasiyanın artması, həyatın bahalaşması və idxalatın mümkünsüz hala gəlməsi kimi problemlər xalqı narahat edəcək. Və beləcə bir mühit yaradılmış olur. Yəni Venesuelada edilən hadisəyə çox bənzəyir. İrandakı edilən sıxışdırma hadisəsinə çox bənzəyir. Eyni əsnada PKK terror təşkilatının Türkiyədə çox sürətli artan bir fəaliyyəti var. Şəhidlər veririk. İŞİD-ın başçısı olan Bağdadi də Türkiyəni təhdid edir. Burada da əməliyyat ediləcəyini söyləyir.
 
"S-400-lər Kiprdə də, Türkiyədə də işğalı önləyər"
 
Demək ki, belə təhdid varsa, bunu maneə törətmək üçün ediləcək şey havadan gələcək olan ani bir basqının istər dənizdə, istərsə də quruda ortadan qaldırılması lazımdır. Bu da S-400-ün əhəmiyyətini ortaya qoyur. “S-400-dən şübhəsiz imtina etməlisiniz” deyə bu qədər israrla söyləmələrini açıqlamaq mümkün hala gəlir. Yəni S-400 olduğu təqdirdə, nə dəniz basqını, nə də ölkənin infrastrukturunu korlayacaq basqın edilə bilməz hala gəlmiş olur”.

Müxalifət.az